Baku, Azerbaijan
Samad Vurgun street
map

Login


  • | Register
  • Remember Me










  • “İcazə vərəqələri”nin bölgüsü ilə bağlı yeni qaydalara həsr olunan təqdimat

     

    İyun ayının 9-da Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) “İcazə vərəqələri”nin bölgüsü ilə bağlı yeni qaydalara həsr olunan təqdimatı keçirilib. Tədbirdə “İcazə blankları”nın bölgüsünə ümumi nəzarəti həyata keçirəcək Xüsusi Komissiyanın üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti və 70-ə yaxın sahibkar iştirak edib.

     

  • Konfrans

    Hörmətli daşıyıcılar

     

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə ABADA-nın arasında birgə əməkdaşlıq çərçivəsində bağlanan memorandum və “İcazə”-lər mövzusunda 09.06.2021-ci il tarixdə saat 10:00-da konfrans keçiriləcəkdir.

     

  • Beynəlxalq daşımalar üçün “İcazə vərəqələri”nin bölgüsü yeni qaydalara əsasən həyata keçiriləcək

    Beynəlxalq daşımalar üçün “İcazə vərəqələri”nin bölgüsü yeni qaydalara əsasən həyata keçiriləcək

  • Ə R İ Z Ə - Ö H D Ə Ç İ L İ K

    Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında istifadə olunan "İcazə" vərəqələrinin alınması üçün

     

    Ə R İ Z Ə - Ö H D Ə Ç İ L İ K

  • Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üçün “İcazə blankları”nın bölgüsü yeni qaydalara əsasə

    Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üçün “İcazə blankları”nın bölgüsü yeni qaydalara əsasən həyata keçiriləcək

    Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçiriləcək.

    Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ABADA İctimai Birliyi arasında razılaşma əldə edilib.
    Razılaşmanın tətbiqi nəticəsində avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması təmin ediləcək. Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşma sənədi gələcəkdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.

  • Azərbaycan tranzit yükdaşımalarından nə qazanır

     

    Azərbaycan tranzit yükdaşımalarından nə qazanır

     

  • Сотрудничество Азербайджана и Турции в сфере автоперевозок: подробности

     

    Ассоциация международных автомобильных перевозчиков Азербайджана начала контакты с региональными коллегами для углубления сотрудничества и обсуждения проблем, с которым столкнется отрасль.

     

    Азербайджан и Турция, которые успешно сотрудничают среди прочего и в транспортной сфере, договорились углубить партнёрство в сфере автоперевозок. Так, между Ассоциацией международных автомобильных перевозчиков Азербайджана (ABADA) и Турецкой международной транспортной ассоциацией (UND) достигнуты соглашения о взаимопомощи и реализации совместных проектов по улучшению качества автоперевозок.

    Организации на онлайн-заседании обсудили перспективы развития будущего сотрудничества двух стран в сфере международных автомобильных перевозок и проблемы международных перевозок между Азербайджаном и Турцией, сказал заместитель генсека ABADA Кенан Гурбанов.

     

  • ABADA-nın Tədris Mərkəzinin rəhbəri Eldar Əlizadə vəfat etdi

     

    Azərbaycan Respublikasında beynəlxalq avtomobil nəqliyyatı daşımaları sahəsində peşəkar mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Tədris Mərkəzinin rəhbəri Eldar Müseyib oğlu Əlizadədnin 2021-ci il may ayının 9-da 75 yaşında dünyasını dəyişib.

     

  • Moskva şəhərinə və MKAD dairəsinə xarici şirkətlərin nəqliyyat vasitələrinin üçün buraxılış qaydalar

     

    Moskva şəhərinə və MKAD dairəsinə xarici şirkətlərin nəqliyyat vasitələrinin üçün buraxılış qaydaları 5 maydan - 15 iyun 2021-ci il tarixinədək dəyişildi.

     

Carnet No. Volets Type Issue Date Expiry Date