Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











Qeyri-rezidentlərin1 iyul tarixindən məcburi qeydiyyatı barədə

June 30, 2021 / Xəbərlər

Ukrayna. Gömrük nəzarəti altında malların daşınmasını həyata keçirən qeyri-rezidentlərin 1 iyul tarixindən məcburi qeydiyyatı barədə

 

Ukraynanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası  (ASMAP Ukrayna)  Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqını (IRU) Ukrayna Gömrük Məcəlləsinin (bundan sonra - GM) XXI bölməsinin 61-ci bəndinin - Ukrayna ərazisi ilə (idxal, ixrac yaxud tranzit) gömrük nəzarəti altında malların daşınmasını həyata keçirən qeyri-rezidentlərin məcburi qeydiyyatına dair müddəalarının qüvvəyə minməsi barədə məlumatlandırıb. 

  Məcəllənin 445-ci maddəsinə görə, qeydiyyatın olmaması gömrük rəsmiləşdirilməsindən və Ukraynanın gömrük sərhədindən keçməkdən imtina üçün əsas sayılacaq. 

 Qeydiyyat üçün xarici daşıyıcılar aşağıdakıları edə bilərlər: 

 Ukrayna ərazisinə daxil olarkən və ya çıxarkən qeydiyyat ölkəsinin səlahiyyətli orqanı tərəfindən verilmiş hüquqi şəxsin və ya fərdi sahibkarın qeydiyyat şəhadətnaməsinin surətini təqdim edərək nəzarət-keçid məntəqəsində bəyannamə doldurmaq; 

 qeydiyyat ölkəsinin səlahiyyətli orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surətini təqdim edərək öncədən doldurulmuş bəyannaməni istənilən gömrük bölməsinin ünvanına poçtla göndərmək;

 qeydiyyata alındığı ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surətini təqdim edərək doldurulmuş bəyannaməni şəxsən və ya səlahiyyətli şəxs və ya rəsmiləşdirmə agenti vasitəsi ilə hər hansı bir gömrük bölməsində təqdim edə  bilər.

 Bəyannamə Ukrayna dilində və ya rəsmi beynəlxalq ünsiyyət vasitəsi olan istənilən dildə doldurula bilər. Məlumatların emalı prosesini sürətləndirmək üçün bəyannaməni Ukrayna və ya İngilis dilində doldurmaq tövsiyyə olunur. 

 Bəyannamədəki məlumatlar gömrük xidmətinin informasiya sisteminə daxil edildikdən sonra, qeyri-rezidentə 1 (bir) saat ərzində müvəqqəti qeydiyyat nömrəsi təyin olunacaq. 

 Bu müvəqqəti qeydiyyat nömrəsi qeyri-rezidentə bütün gömrük rəsmiləşdirmələrini və prosedurlarını məhdudlaşdırmadan həyata keçirməyə imkan verəcək.

 Daimi qeydiyyat nömrəsi 5 (beş) iş günü ərzində qeyri-rezidentə təyin olunacaq. Müvəqqəti qeydiyyat nömrəsinin təyin edilməsindən imtina bəyannamədə lazımi məlumatlar olmadıqda və ya qeyri-rezident artıq qeydiyyatdan keçmiş olduğu halda mümkündür. 

 İngilis dilindəki məlumatlarla Ukrayna Dövlət Gömrük Xidmətinin saytında tanış olmaq olar. https://customs.gov.ua/en/news/novini-20/post/for-non-residents-550     

 Ukrayna və ingilis dillərindəki bəyannamə ilə bu keçidə keçməklə tanış olmaq mümkündür.  https://customs.gov.ua/en/oblik-nerezidentiv#scrollTop=0%20

 

 

Carnet No. Volets Type Issue Date Expiry Date