Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











Dövlət Gömrük Komitəsindən daşıyıcılara məlumat

July 02, 2021 / Xəbərlər

 

Azərbaycan Respublikası Gömrük Komitəsinin, Rusiyaya geden avtomobillərin parklarda yığılması ilə bağlı müraciətə ictimai açıqlama veirlmişdir. Açıqlamada bildirilir:   

 

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan malların daşındığı yük nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən qarşı tərəfə keçməsi üçün növbə prosesinin şəffaf aparılması məqsədilə


Bildiririk ki, bəzi hallarda “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçiləri tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan mallara dair gömrük bəyannamələrinin gömrük orqanlarına təqdim edilərək malların və nəqliyyat vasitələrinin sistemdə qeydiyyatının aparılmasına baxmayaraq faktiki olaraq nəqliyyat vasitələrinin yüklənərək gömrük sərhəd buraxılış məntəqəsinə yola salınmadığı məlum olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, gömrük postuna çatmamış təyin olunmuş ərazidə yerləşən dayancaq xidmətinin əməkdaşlarına şəxslər tərəfindən nəqliyyat vasitəsinin orada olmadığı halda texniki pasportu təqdim olunaraq çatması bildirilir və növbə götürülür. Bu kimi hallar növbə prosesinin düzgün idarə edilməsində problemlərin yaranmasına gətirib çıxarır. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan halların aşkarlanacağı təqdirdə Dövlət Gömrük Komitəsi tərəfindən sizin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnuz mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılacaqdır. Eyni zamanda, “Yaşıl dəhliz” buraxılış sisteminin verdiyi üstünlüklərdən tam şəkildə yararlanmaq üçün gələcəkdə bu kimi halların baş verməməsi məqsədilə müvafiq tədbirlər görülməsi və növbə verilməsi prosesində sürücülər arasında narazılıqların yarana biləcəyi səbəbindən qeyd olunan məsələyə xüsusi həssaslıqla yanaşılmasını tövsiyə edirik.


 

Carnet No. Volets Type Issue Date Expiry Date