Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











“İcazə” blanklarının bölgüsünün aparılması ilə əlaqədar daşıyıcı üçün məlumat

July 23, 2021 / Xəbərlər

“İcazə” blanklarının bölgüsünün aparılması ilə əlaqədar

daşıyıcı üçün məlumat

“İcazə” blanklarının bölgüsünün aparılması üçün daşıyıcılar növbəti ayda istifadə edilməsi nəzərdə tutulan “İcazə” blanklarının sayını, növünü özündə əks etdirən və müvafiq qaydada təsdiq edilən ərizəni cari ayın 20-dək Xüsusi Komissiyaya təqdim etməlidirlər.

Ərizə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) ünvanına və ya elektron qaydada (internet saytı (www.abada.az) və ya elektron poçt vasitəsilə) göndərilə, yaxud şəxsən təqdim oluna bilər.

Aktiv vergi ödəyicisi olmayan daşıyıcıların müraciətinə (ərizəsinə) Xüsusi Komissiyada baxılmır.

Xüsusi Komissiya hər ayın 20-dən həmin ayın sonunadək daxil olan məlumatları ümumiləşdirərək daşıyıcıların növbəti ay üçün “İcazə” blanklarına olan tələbatını müəyyənləşdirir və Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (bundan sonra – Xidmət) növbəti ay üçün verilməsi nəzərdə tutulan “İcazə” blankları haqqında məlumatları əldə edir. Xüsusi Komissiya Xidmətdən və daşıyıcılardan əldə olunan məlumatlar əsasında Reqlamentə uyğun bölgü aparır və bu barədə daşıyıcıları və Xidməti məlumatlandırır.

Daşıyıcılar istifadə edilmiş “İcazə” blanklarının əslini həmin blankların istifadəsindən sonra ən geci iki ay ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.

Xüsusi Komissiya əvvəlki dövrdə verilmiş “İcazə” blanklarının istifadə olunma vəziyyətini növbəti ayın bölgüsü zamanı nəzərə alacaqdır.

Bazarda inhisarçılıq və sui-istifadə meyllərinin qarşısının alınması üçün “İcazə blankları”nın daşıyıcılar tərəfindən digər daşıyıcılara verilməsi qadağandır və aşkar olunan belə hallar növbəti ayın bölgüsündə nəzərə alınacaqdır.

“İcazə” blanklarının bölgüsü üçün müraciət edən daşıyıcılar istifadələrində olan yük avtonəqliyyat vasitələrinin siyahısını və həmin avtonəqliyyat vasitələrindən istifadənin qanuni əsası haqqında sənədlərin surətini ABADA-ya təqdim etməlidirlər.

Carnet No. Volets Type Issue Date Expiry Date